31 avqust 2017 15:14
705

Soyuqbulaq-Qarayazı avtomobil yolu nə xaxt bitir?

Soyuqbulaq-Qarayazı avtomobil yolu yaxın zamanlarda istifadəyə veriləcək

Ağstafa rayonunun bütün sahələrində, o cümlədən yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb. Belə ki, hazırda uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq, 13,5 kilometr uzunluğunda Poylu-Zəlimxan-Aşağı Kəsəmən avtomobil yolları ilə yanaşı, 9,5 kilometr uzunluğundakı Soyuqbulaq-Qarayazı avtomobil yolunda da əsaslı yenidənqurma işləri sürətlə davam etdirilir. Əsaslı yenidən qurulan 13 kilometr uzunluğunda olan Ağstafa–Köçəsgər avtomobil yolunda isə son tamamlama işləri həyata keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 3 yaşayış məntəqəsini, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrini Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu ilə əlaqələndirən Soyuqbulaq-Qarayazı avtomobil yolunda torpaq işləri yekunlaşıb. Hazırda yeni yol yatağının inşası davam etdirilir. Asfalt-beton örtüyünün eni 7 metr olmaqla iki hərəkət zolaqlı olacaq. 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolunda su keçidləri də inşa olunur.

Layihəyə uyğun tikilən avtomobil yolunda işlər yekunlaşdıqdan sonra yol nişanları və məlumatverici lövhələr, yol cizgi və yolgöstərici xətlər çəkiləcəkdir. Yol yaxın zamanda istifadəyə veriləcək.