29 avqust 2017 23:53
2379

Ağdaşda 4 modul tipli məktəb inşa edilir

Ağdaş rayonunda yeni məktəb binaları inşa edilir.

AZƏRTAC xəbər verir ki, yeni dərs ili ərəfəsində rayonda şagird yeri 100-dək olan və qəzalı vəziyyətə düşən Pirəyir, Yenikənd, Aşağı Zeynəddin və Qarasuqumlaq kəndlərində yerləşən azkomplektli təhsil müəssisələrinin yerində müasir modul tipli məktəb binalarının tikintisinə başlanılıb.

Hazırda Qarasuqumlaq kəndində 96 şagird yerlik məktəb binasının tikintisində özül hissənin inşası başa çatdırılıb, 10 otaqdan ibarət olan bu tədris korpusu üçün dəmir konstruksiyaların quraşdırılması işləri davam etdirilir. Məktəb binasında aparılan quraşdırma işlərinin bir ayadək yekunlaşması nəzərdə tutulur. Digər modul tipli məktəblərin quraşdırılması işləri yeni dərs ilinədək başa çatdırılacaq.