Menu
  • 21-11-2017
      • Bakı +16+20

  • 21-11-2017
    • $ 1.7002
      1.9941

1   2   3   4   5   6

ELM-TƏHSİL

“Cassini” peyki Saturnun atmosferinə daxil olub

14-08-2017 [ 13:14 ] [ oxunub:145 ]
A+ | A-

Saturndakı missiyasının son mərhələlərinə hazırlaşan “Cassini” peyki avqustun 14-də bu planetin atmosferinin xarici qaz təbəqəsindən keçmək üçün beş cəhddən ilkini edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Fəzanı Tədqiq Agentliyinin (NASA) kosmos vasitəsi olan “Cassini” Saturnun atmosferinin ən üst qatındakı buludlardan yalnız 1600 kilometr yuxarıda bir keçid edə bilib. “Cassini”nin atmosferlə təmasının peyki ləngidəcəyi ehtimal olunur. Ancaq alimlər peykin bu təsirlərdən yan keçəcəyinə ümid edirlər.

İlk cəhdlə Saturnun kimyəvi quruluşu ilə bağlı əvəzsiz məlumatlar əldə ediləcək və atmosferdəki qazlar ölçüləcək. Son cəhddən sonra isə “Cassini” Saturnun atmosferinə tam daxil olacaq və bununla da peykin vəzifəsi başa çatacaq. Saturnda aparılacaq ölçülərlə bu planetdə günün nə qədər davam etdiyinin də hesablanacağı gözlənir. Alimlər bugünədək Saturnda bir günün 10,5 saat uzandığını təxmin edirlər. Lakin bu, indiyədək tam ölçülməyib.

Sentyabrın 15-də “Cassini” peyki yanaraq missiyasını başa çatdıracaq. Bunun səbəbi “Cassini”nin gələcəkdə həyat üçün yararlı olan Titan və Əndəlüs kimi peyklərlə toqquşma ehtimalını tamamilə aradan qaldırmaqdır.