26 sentyabr 2018 00:41
2085

Dünya şöhrətli modelyer Azərbaycanda

Xəbər verdiyimiz kimi, rusiyalı model Nataliya Vodyanova Bakıya qonaq gəlib.

Publika.az xəbər verir ki, lüks markaların siması olan rus gözəli Bakıya rəfiqəsi və dünya şöhrətli modelyer Ulyana Serqeyenko ilə birlikdə təşrif buyurub. Ulduzlar instaqram səhifələrində Bakı ilə bağlı paylaşımlar edib. Məlum olub ki, Nataliya ilə Ulyana 24 Sentyabr tarixindən etibarən paytaxt Bakıda 45 ölkədən 220 qonağın iştirakı ilə başlayan Xüsusi Olimpiya Hərəkatı Gənc liderlərin 20-ci Qlobal Forumunda iştirak edib.

Nataliya Vodyanova ilə Ulyana Serqeyenkonun forumda iştirakı təsadüfi deyil. “Çılpaq ürəklər” xeyriyyə fondunun təsisçisi olan N.Vodyanova Rusiyada inklüziv təhsilin inkişafında fəal iştirak edir.

“Dünən Bakıda, ürəyimə yaxın və dünyada lider olan iki təşkilat: Xüsusi Olimpiadalar ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu əməkdaşlıq haqqında müqavilə imzaladı. DC və Marvel kimi kainatın super qəhrəmanları birləşdi. Amma ciddi danışsaq, bu, inklüziv gələcək üçün ən ümidverici ümidləri ruhlandırır” , - deyə Vodyanova instaqramda qeyd edib.

Ulyana Serqeyenko ilə İçərişəhəri gəzən Vodyanova ki, bildirib ki, Bakının gözəlliyi onu məftun edib:

“Bakı çox gözəl görünür, zəngin şəhərdir. Etiraf edim ki, burada belə miqyaslı təmizlik və gözəllik görəcəyini gözləmirdim. Azərbaycan paytaxtının arxitekturasına vuruldum. Milli mətbəxiniz çox dadlıdır”.

Məlumat üçün bildirək ki, Natalya Vodyanova məşhur milyarder Antuan Arno ilə evlidir. Modelin Castin Portmanla olan ilk evliliyindən üç, Anrodan isə iki oğlu var.