19 oktyabr 2018 19:35
2330

Cennifer Lopesin toppuz saç stili dəbdədir

İstər sıx toplanmış, istərsə də dağınıq toppuz hər dövrün aktual saç stillərindən biridir.

Publika.az xəbər verir ki, dünya şöhrətli müğənni Cennifer Lopes və model Bella Hadidin tez-tez üstünlük verdiyi toppuz modeli bu payız modapərəstlər arasında da trenddir.

Balerina toppuzu boynun zərifliyini vurğulayır və qadını olduqca cəlbedici göstərir. Belə saç düzümünün üstünlüyü bununla bitmir. Balerina toppuzunun ciddi iş geyimi, həm də ziyafət paltarıyla uyğunlaşdırmaq olar.

Saçınızla oynamaq istəmədiyiniz günlərdə balerina toppuzu sizi vəziyyətdən xilas edəcək. Çünki bu universal saç yığımını etmək vaxtınızı çox almayacaq. Daha güclü təsir yaratmaq istəyən xanımlar saçına müxtəlif aksessuarlar və şalların köməyi ilə retrosayağı bəzək verə bilər.