13 noyabr 2017 20:50
977

Nobel mükafatçısının gitarası hərracda 400 min dollara satılıb

Amerikalı məşhur yazıçı, mahnı sözlərinin müəllifi və ifaçısı, rəssam və kinoaktyor Bob Dilanın gitarası Dallasda hərracda 396,5 min dollara satılıb. Alıcının adı açıqlanmır.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, əfsanəvi musiqiçi gitaranı 1963-cü ildə alıb və 10 ildən çox bu musiqi alətində ifa edib. Bob Dilan 1970-ci illərin sonunda həmin gitaranı öz ustasına 500 dollara satıb.

Xatırladaq ki, musiqiçi 2016-cı il oktyabrın 13-də “Amerika mahnı ənənələri çərçivəsində yeni poetik ifadə forması yaradılmasına görə” Nobel mükafatı alıb.