14 sentyabr 2017 22:01
278

Rəfiqəsi məşhur müğənniyə böyrəyini verdi

Rəfiqəsi Selena Qomezə böyrəyini verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Selena Qomez bütün yayı çimərliyə getməməsinin səbəbini açıqlayıb. 25 yaşlı müğənni bildirib ki, ona böyrək köçürüldüyü üçün dənizə girmək, ictiami yerlərdə gəzmək qadağan olunub.

Gənc ulduz instaqram hesabında xəstəxana yatağında çəkilən fotonu və əməliyyat izlərini paylaşaraq təəssüratlarını bölüşüb:

"Son bir neçə ay ərzində bu xəbəri sizinlə həmişə bölüşmək istəyirdim. Sağlamlığımın tam düzəlməsi üçün buna ehtiyacım vardı. İctimaiyyətinin qarşısında ailəmə və həkimlərə mənim üçün etdikləri hər şeyə təşəkkür edirəm. Gözəl dostum Fransia Raisa mənə misilsiz və bənzərsiz hədiyyə verib. Səni çox sevirəm”.