17 noyabr 2017 21:35
635

IV Minsk Beynəlxalq Milad Müsabiqəsində Azərbaycan da təmsil olunacaq

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının təşkilatçılığı ilə dekabrın 14-də vokalçıların IV Minsk Beynəlxalq Milad Müsabiqəsi keçiriləcək.

AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, təşkilatçılar dekabrın 14-dən 20-dək keçiriləcək vokal müsabiqəsində iştirak üçün 231 sifariş alıb. Sifarişçilər sırasında Azərbaycan təmsilçisi də var.

Müsabiqə üç turdan ibarət olacaq və ifaçıları münsiflərlə yanaşı, tamaşaçılar da qiymətləndirə biləcəklər. Münsiflər heyətinə teatrın baş direktoru Vladimir Qridyuşko rəhbərlik edəcək.

Dekabrın 20-də finalçıların qala-konserti olacaq və qaliblər mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqənin mükafat fondu 28 min dollardır. Qran-Pri sahibini 10 min dollar pul mükafatı gözləyir.