21 noyabr 2017 21:44
1812

Modellər valehedici ziyafət libaslarıyla dekolte yarışına girdi

Adriana Lima, Alessandra Ambrosio, Karli Kloss, Kendis Sveynpol, Bella Hadid və başqaları “Victoria's Secret”in dünənki möhtəşəm şousu münasibətilə təşkil olunmuş gecədə iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alt paltarı brendinin mələkləri gecədə seksual ziyafət libasları ilə göz qamaşdırıb. Onlar əyləncə gecəsində də gözəl bədənlərini nümayiş etdirməyə davam edib.

Dünyanın ən seksual modelləri yarımşəffaf donları, dərin yarıqları, sinə və kürək dekolteləri ilə sanki bir-birini ötməyə çalışıblar.