Menu
  • 20-04-2018
      • Bakı +14+18

  • 20-04-2018
    • $ 1.7
      2.1043

1   2   3   4   5   6

MƏDƏNİYYƏT

“YARAT” ilin ilk mövsümünü açıq elan edib

13-01-2018 [ 15:53 ] [ oxunub:492 ]
A+ | A-

“YARAT” Müasir İncəsənət Mərkəzi ilin ilk mövsümünü rejissor Elvin Mirzəyevin “Axına qarşı” adlı yeni eksperimental tamaşası ilə açıq elan edib.

AZƏRTAC xəbər verir ki, tamaşa 5 klassik əsər (Nizami Gəncəvinin “Yeddi Gözəl”, Vilyam Şekspirin “Romeo və Cülyetta”, Herman Hessenin “Siddhartha”, yunan mifi “Orfey və Evridika” və Mixail Bulqakovun “Ustad və Marqarita”) əsasında hazırlanıb.

İnsan üçün “korluq” nədir? İnsanı öz “korluğunu” qəbul etməyə nə vadar edir? Bəzən insan görməyə çalışsa da, görə bilmir. Bəzən insana görmək nəsib olmur və başqalarının bu qabiliyyətinə dözə bilmir. Bəzən insan görür, ancaq gördüyünü gizlətmək məcburiyyətində qalır. Bütün bu suallara sözügedən tamaşa cavab verir.