21 may 2018 22:04
1519

“Papito” ilə dünyanı fəth edən Seeya yeni klipini Bakıda çəkdi

“Papito” mahnısı ilə dünyada məşhurlaşan və sevilən müğənni Seeya Bakıda klip çəkdirib.

Publika.az xəbər verir ki, çox saylı konsert və tədbirlərdə qonaq olan və bu səfərlər sayəsində Bakını sevən sənətçi yeni mahnısının klipini də burada çəkdirmək qərarına gəlib.

Klipin çəklişi Ukraynanın “Djafarov Creative” şirkəti tərəfindən həyata keçirilib.

Şirkətin baş prodüsseri İdris Cəfərovun sözlərinə görə, bütün heyət Ramin Cəfərovun bədii rəhbərliyi ilə layihənin baş tutmasında iştirak edib. Eyni zamanda Fuad Nağıyevin rəhbərlik etdiyi “AR Turizm Bürosu” çəklişin təşkilində böyük dəstək olub.

Qeyd edək ki, mayın 28-də ADR-in 100 illiyi münasibəti ilə Qəbələ stadionunda Seeya-nın möhtəşəm konserti keçiriləcək.