14 iyun 2018 14:14
683

Paşinyanın “siyasəti”: İkili standartların ermənisayaq hiyləsi

Əvvəlcədən qərbyönümlü mövqeyi ilə seçilən Nikol Paşinyan Ermənistanın baş naziri kimi  fəaliyyətini bu istiqamətdə davam etdirir.  Təmsil olunduğu  Ermənistan parlamentində Rusiya meyilli sabiq prezident S.Sarkisyana qarşı iddiaları ilə  seçilən,  havadarlarının dəstəyi ilə  insanları küçələrə toplayaraq aylarla  “istefa” tələbini səsləndirən işğalçı dövlətin baş naziri Nikol Paşinyanın dəstəkçiləri artıq bəllidir. Baş nazir kimi  açıqlamalarında ermənilərə məxsus məkrli niyyətini həyata keçirmək üçün  guya Rusiyaya meyilli olduğunu göstərməklə  əsrlərdən bəri  qapısında qul, əlində oyuncağa çevrilən Ermənistanın mövqeyinin dəyişmədiyini bildirməyə çalışsa da, artıq  rus xalq məsəlində deyilən “yumurtaların hamısını eyni səbətə qoymaq olmaz” məsəlinin hikməti sərinləşən   münasibətlərdən bəlli olur. Forpostunun üzüdönüklüyünü  ermənisayaq  məkrli  gedişlərdən anlayan  Moskva artıq göz yaşlarına inanmadığını bəzi məqamlarda  elə ermənilərə xas sətiraltı  işarələri ilə  diqqətə çatdırır.

Siçan olmamış dağarcıq deşməyə çalışan Nikol Paşinyanın baş nazir olduğu gündən səsləndirdiyi bəyanatlar,   Dağlıq Qarabağın  danışıqlarda  tərəf kimi iştirakını israr etməsi hökumət başçısının siyasətdən kənar  “dövlət adamı” olduğunu göstərməklə beynəlxalq hüquq normaları barədə məlumatsızlığını da  təsdiqləyir. Qısa müddətdə  baş verənlərdən aydın oldu ki,  ATƏT-in, başqa beynəlxalq təşkilatların da dəstəklədiyi formatla uyğunlaşmayan populist  “Nikol variantı” başqa məqsədlər üçün  proqnozlaşdırılıb.  Tələb və təklifin uyğunlaşmadığı Ermənistanın siyasət bazarında  çaşqınlıq yaradan, illərdən bəri qalmaqal  mövzusu olan “Qarabağ klanı” ilə yerli ermənilər arasındakı  kreslo davası bu millətin gündəminin ən aktual mövzusuna  çevrilib.

Bəllidir ki, bu ermənilərin bir xalq kimi tarixini,  əslini , kökünü bəlli edən yazılı mənbə yoxdur. Tarixi  saxtalaşdırmaqla, qonşularının torpaqlarını mənimsəməklə   özləri üçün “dövlət, dil, din,  milli adət-ənənə”  yaradan, mifik təfəkkürə əsaslanan ermənilərin köçəri tayfa olduqlarını elə öz alimləri də təsdiqləyirlər.

Mifolojiləşdirmənin  şizofreniya simptomlarının yaranması ilə bağlılığını nəzərə alaraq əminliklə demək olar ki, haylar  kütləvi  olaraq  xəyalpərəstlik  xəstəliyinə tutulublar.  “Böyük Ermənistan”, “əzabkeş  erməni xalqı” haqqında miflərin  daşnakların  şüurlarına  yerləşdirilməsi, Eçmiədzinin din xadimlərinin belə bu xəstəliyə tutulması qonşu  xalqlara fəlakət gətirib. Qana hərislik, başqalarına  nifrət  daşnakların milli xarakteri kimi  nəsildən-nəslə  yaşadılır. Yeri gəldikdə isə ermənilik xisləti daxili  çəkişmələrə belə səbəb olur.

Siyasətçilərin əvvəlcədən səsləndirdikləri  “inqilab Ermənistandan sonra  Dağlıq Qarabağa da sirayət edəcək” proqnozlarının reallaşması üçün çox da gözləmək lazım gəlmədi. Artıq Xankəndidə  başlayan etiraz aksiyaları,   “Qarabağ klanı” ilə  İrəvan ermənilərinin biri-birinə güzəştə  getməmələri, sadə insanların Azərbaycana müraciət edərək  ordumuzdan  dəstək istəmələri,  İrəvanın kadrlarının Qarabağ ermənilərinə qarşı güc tətbiq etmələri qarşıdurmaları gücləndirir. Yaxın on ili əhatə edən tarixi hadisələr, müxtəlif dövlətlərdə baş verən gərginliklər,  xüsusilə Şərq ölkələrini  tamamilə dağıdan  “ərəb bahar”larının, “rəngli inqilab”ların fəsadları Suriyada, Liviyada, Misirdə, İrakda, Ukraynada,  Gürcüstanda...  insanlara fəlakətlər yaşatdı. Meydanlardan hakimiyyətə gələn populistlər az müddətdən sonra  “özlərini doğrultmayaraq” elə onları  kresloya əyləşdirənlər  tərəfindən    boykot edildilər.  Ermənistanda  “inqilab yaradacağını”  düşünən Paşinyanı da eyni aqibət gözləyir.

Amma unudurlar ki, lənət və qan üzərində qurulan hakimiyyətin ömrü çox ola bilməz.  Xocalı soyqırımı kimi onlarla  qırğınlar, terrorlar törədən,  hərbi cinayətlərdə iştirak edən qaniçən, kriminal, quldur rejimin təsiri altında yaşayan ermənilər üçün humanizm, xeyirxahlıq yad  keyfiyyətlərdir. Çünki öz millətlərinə  qarşı belə  amansız olan bu  xalqın salnaməsində insanlığı əks etdirən bir məqam belə yoxdur.  

İqtisadi, sosial, demoqrafik böhran yaşayan ələbaxan  ölkənin rəhbərləri hakimiyyətdə olduqları dövrdə yalnız özlərini düşünmüş,  ailə bizneslərini  erməni xalqının gəlirləri hesabına   gücləndirmişlər.

“Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər” söyləyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində yeni hökumətə çağırış etdi. Ermənistanın siyasətində dəyişiklik etməsi ilə bağlı mesajlarını bəyan etsə də “ermənilik xəstəliyini” genində daşıyan Paşinyan və onun yeni təyin etdiyi  qərbyönümlü  güc strukturları hələ də  nəyəsə nail olacaqlarını düşünürlər. Bir məsələni unudurlar ki,  dünya birliyində mövqeyi möhkəmlənən, ardıcıl siyasət aparmaqla  işğal altında qalan torpaqlarımızı  azad etməyə qadir orduya malik Azərbaycan  nə yolla olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcək.

Aprel döyüşlərindən, Lələtəpə əməliyyatından dərs almayan Ermənistana növbəti xəbərdarlıq daim arzularında olduqları Naxçıvandan gəldi. Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artıb.  Dəniz səviyyəsindən 1683 metr hündürlükdə  olan və strateji əhəmiyyətli Qızılqaya və Qaraqaya dağlarında  mövqeləri ələ  keçirən muxtar respublikadakı  Əlahiddə Ümumqoşun Ordusunun əsgərləri artıq  İrəvan- Yexeqnadzor- Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət edir. Hərbi üstünlüyü əldə edən Azərbaycan əsgərləri Günnüt kəndini də  işğaldan azad edib. Günnütün azad olunması bir daha göstərdi ki, hakimiyyətə gəldiyi ilk gündən iddialı çıxışları ilə  xalqını aldadan Nikol Paşinyan  dünya siyasətindən,  beynəlxalq  qanunlardan, hətta ölkədaxili böhrandan, fərarilərdən ibarət dağınıq  ordusunun vəziyyətindən belə məlumatsızdır. Artıq sələfləri kimi başqalarının  diktəsi ilə idarə olunduğunu naşılığı ilə  bildirən  Paşinyana inamın qısa  müddətdə belə azalması bu xalqın müstəqilliyinin belə  kağız üzərində olduğunu göstərir. Yeni hökumətin iqtidarsızlığını ilk günlərdən hiss edən  ermənilər inqilabdan əvvəl  səslənən populist çıxışların kresloya gəlmək naminə blef olduğunu anlayırlar.    

Qarabağ cəbhəsində Azərbaycan mövqelərini iriçaplı silahlardan atəşə tutan erməni hərbi birləşmələrinə layiq olduqları cavabların verilməsi də üstünlüyümüzü göstərir.  Ordumuzun cavab atəşi nəticəsində iyunun 8-də erməni hərbi birləşmələrinin əsgəri Gevork Xaçaturyan, iyunun 10-da isə gizir Vaan Eloyan ölümcül yaralanıb. Bu kimi  hadisələrin Ermənistana heç nə vəd etmədiyini bildirən erməni şərhçiləri, ekspertlər müharibənin addım-addım yaxınlaşdığını deyirlər. Siyasi şərhçi Sarqis Artsruni qeyd edir ki, Azərbaycan Ordusu Qarabağ və Naxçıvan cəbhəsində faktiki olaraq irəliləyir. Bakıda müharibəyə hazırlıq gedir və Naxçıvan cəbhəsində ərazilərin azad edilməsi ilə bağlı informasiya  yeni təyin edilən müdafiə naziri David Tonoyan tərəfindən təkzib olunsa da,  Azərbaycan əsgərinin Günnütdə  yerləşməsi faktdır.

Yəni vaxt var ikən tutduğu  səhv yoldan dönməsə Paşinyanı sabiq prezident Sarkisyandan da betər aqibət gözləyir. O da bildirilir ki,  cəbhədə baş verənlər Bakının Nikol Paşinyanın danışıqlar prosesində Dağlıq Qarabağın iştirakı ilə bağlı istəyinə cavabıdır. Ermənistanda hələ ki, hakimiyyətin və xarici siyasətin formalaşması gedir. Ermənistan-Rusiya münasibətləri qeyri-səmimidir. Belə bir situasiya Azərbaycanın  mövqelərini möhkəmləndirir.” Erməni şərhçi Ermənistan və Rusiya xarici işlər nazirlərinin iyunun 7-də Moskvada baş tutan görüşünü xatırladır. Bildirir ki, himayəçisinin “Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı Bakı və İrəvan öz aralarında razılaşmalıdır” açıqlaması İrəvanın təkliflərinin Moskva tərəfindən  diplomatik qaydalara uyğun rədd edilməsidir. Yəni Azərbaycan hər zaman ərazilərini  güc yolu ilə olsa belə qaytarmaq hüququna, üstünlüyünə malikdir.

Xuraman İsmayılqızı, “İki sahil”