20 avqust 2018 21:29
680

İraqda ABŞ-a məxsus helikopter qəzaya uğrayıb

İraqda ABŞ-a məxsus helikopterin qəzaya uğraması nəticəsində İŞİD qruplaşmasına qarşı mübarizə aparan beynəlxalq koalisiyanın hərbçisi həlak olub.

AZƏRTAC Interfax İnformasiya agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində, həmçinin üç ekipaj üzvü müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıb.

Helikopter terrorla mübarizə üzrə tərəfdaşlıq missiyasına cəlb olunmuşdu.

Koalisiya komandanlığı qəzanın səbəbləri barədə məlumat verməyib. Hadisə ilə bağlı təhqiqat aparılır.