26 sentyabr 2018 00:08
1799

Tramp Baş Assambleyada görüşə gecikib

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının yüksək səviyyəli görüş həftəsi çərçivəsində debatlardakı çıxışına gecikib.

Trend-in məlumatına görə, o, bu ay təhlükəsizlik şurasına rəhbərlik edən ölkə rəhbəri olaraq Braziliya prezidentindən sonra ikinci çıxış etməli imiş, lakin ABŞ lideri gecikdiyi üçün Baş Assambleya prezidenti Mariya Espinosa Qarses bir qədər fasilədən sonra məcbur qalaraq çıxışa Ekvador rəhbəri Lenin Moreni dəvət edib.