22 noyabr 2018 17:46
2328

Ermənistan KTMT-dəki daimi nümayəndəsini dəyişdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) daimi nümayəndəsini dəyişib. 

Azvision.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın imzaladığı fərmana əsasən, bu ölkənin KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi David Virabyan tutduğu postundan geri çağırılıb.

Prezidentin digər fərmanı ilə Viktor Biyaqov Ermənistanın KTMT-dəki yeni daimi və səlahiyyətli nümayəndəsi təyin olunub.