15 dekabr 2018 00:22
1397

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, prezidentlər ikitərəfli münasibətlər, təhlükəsizlik, terror və Suriya böhranı ilə bağlı son vəziyyəti müzakirə ediblər. Türkiyənin dövlət başçısı PKK, PYD və YPG terror təşkilatları ilə bağlı narahatlığını Prezident Donald Trampın diqqətinə çatdırıb.

Tərəflər Suriya məsələsini daha sıx şəkildə əlaqələndirmək barədə razılaşıblar.