Menu
  • 16-10-2018
      • Bakı 18+20

  • 16-10-2018
    • $ 1.7
      1.9635

1   2   3   4   5   6

DÜNYA

Avropalı işçilər nəyə cəhd edirlər?

19-04-2018 [ 20:39 ] [ oxunub:813 ]
A+ | A-

İşçini məmnun etmək üçün heç də həmişə pul yeganə amil olmayıb. Ailə üçün maddi yardım və boş vaxt çoxluğu da analoji olaraq vacib elementlərdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın “Világgazdaság” gündəlik biznes qəzetində deyilir.

“Qərbi Avropada əməkhaqqı dərəcəsindən daha vacib olanı boş vaxtdır. Fransanın bir çox strukturlarında iş saatı həftədə 35 saatdır, Almaniyada isə bəzi regionlarda həmkarlar ittifaqları ilə daha az iş saatı barədə razılıq əldə edilib”, - deyə “Világgazdaság”a müsahibəsində “Mercedes-Benz Manufacturing Hungary Kft”nin kadr heyəti məsələləri üzrə sabiq direktoru Laslo Aç bildirib.

Ailə üçün maddi yardıma gəlincə, Macarıstanda “ağ yaxalıqlı” və ya “göy yaxalıqlı” işçi anlamı deyilən fərqlər mövcuddur.

Birinci halda, bir qayda olaraq, işin elastik qrafikinə, həmçinin evdə işləməyə, bəzi hallarda dördgünlük həftəyə yol verilir. İşəgötürənlər bu şərtləri təklif etməyə məcburdurlar. Çünki yüksəkixtisaslı işçi qüvvəsini işə götürmək getdikcə çətinləşir, dəyərli işçiləri isə qorumaq lazımdır. Əgər əməkdaş üçnövbəli çalışırsa, o zaman elastik qrafikli işi və ya ailə məsələlərini həyata keçirmək çətindir. Lakin bəzi hallarda tibbi müayinələr və şəxsi məsələlər üçün işçilər istirahət günü götürə bilərlər.

Laslo Aç qeyd edib ki, iş yerində kafeteriyanın, uşaq bağçasının olması da əsaslı amillərdir.