16 mart 2018 17:56
2067

Köln şəhərində iki tramvay toqquşub

Köln şəhərində iki tramvay toqquşub, azı 40 nəfər xəsarət alıb

Almaniyanın Köln şəhərində iki tramvay toqquşub, nəticədə 40 nəfərdən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 16-na tibbi yardım göstərilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident dəmir yolu nəqliyyatının hərəkətində gecikmələrə səbəb olub.

Polis idarəsindən verilən məlumata əsasən, maşinistlərin birinin sərxoş olduğu müəyyən edilib. Hazırda ekspertlər qan analizinin cavabını gözləyir. Köln nəqliyyat xidməti də eyni informasiyanı yayıb.

Qəzanın alkoqolun təsiri altında olan sürücünün təqsiri ucbatından baş verdiyi ehtimal edilir.