23 yanvar 2018 19:55
953

İndoneziyada mer polisləri təpiklədi

İndoneziyanın Mataram şəhərinin meri Ahiyar Abduh polis əməkdaşlarını sınaqdan keçirib.

Trend-in məlumatına görə, sınaq zamanı mer polis əməkdaşlarını sıraya düzərək təpikləməyə başlayıb.

Bu addımla yeni polis əməkdaşlarının möhkəmliyinin sınandığı məlumat verilib.

Merin bu hərəkəti sosial şəbəkələrdə tənqidlə qarşılansa da, A.Abduhun mətbuat xidməti bunun adi sınaq olduğunu bildirib.