23 yanvar 2018 19:14
941

Ərdoğan Təhlükəsizlik Şurasını topladı

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının iclası Ankarada Prezident kompleksində bağlı qapılar arxasında keçirilib.

İclasda hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb.