20 yanvar 2018 19:37
995

Rusiyanın “S-400”ləri fırtınaya düşdü

Rusiyanın Çinə göndərdiyi “S-400” sistemlərini daşıyan gəmi fırtınaya düşüb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, fırtına nəticəsində kompleksə ziyan dəyib və geri qaytarılıb. Sistem təmir edildikdən sonra Çinə təkrar göndəriləcək. 

Qeyd edək ki, hər iki ölkə arasında “S-400” kompleksi ilə bağlı müqavilə 2014-cü ildə imzalanıb.