Menu
  • 22-01-2018
      • Bakı +7+11

  • 22-01-2018
    • $ 1.7001
      2.0849

1   2   3   4   5   6

DÜNYA

İranın cırtdanlar kəndi

12-01-2018 [ 20:11 ] [ oxunub:358 ]
A+ | A-

İranın Makhunik kəndinin sakinlərinin boyu çox qısadır.

"Ölkə.Az" xəbər verir ki, yüz il əvvəl burada yaşayanların boyu 1 metrə qədər olub.

Makhunik İranın şimali-şərqində 1500 il əvvəl salınmış kənddir. Əfqanıstanla sərhəd xəttinə 75 km-lik məsafədə yerləşir. Yüz il əvvələ qədər kənd sakinlərinin boyu 1 metrə yaxın, orta hesabla isə 50 sm olub.

Cırtdanlar şəhəri

2005-ci ildə bölədə 25 sm uzunluğu olan mumyalanmış insan meyiti tapılıb. Yerli sakinlər isə Makhunik də daxil olmaqla 13 kəndin Cırtdanlar şəhəri olduğunu deyirlər.

Kənd sakinlərinin boyunun kiçik olmasına təsir edən səbəblərdən biri də kifayət qədər qidalanmamağın olduğu ehtimal edilir. Quraq ərazidə heyvandarlıq inkişaf etmir, turp, taxıl, arpa və xurma kimi bitkilər yetişdirilirdi.

Kəndin ən qəribə xüsusiyyətlərindən biri isə çay içmək adətinə xor baxmaqlarıdır. Alimlərin fikrinə görə, qədim dövrlərdə bu ərazilərdə çay içmək ancaq narkotik maddə aludəçilərinə xas olduğu üçün bu adət hələ də qalır.

20-ci əsrin ortalarında yolların salınmasından sonra Makhunik kəndinə İranın digər regionlarından düyü, toyuq vəs. qida məhsulları ayaq açdı. 700-dən çox sakinin bu gün boyu normal olsa da, babalarının cırtdan olduğuna aid çox sübut var. Köhnə kəndin 200 evinin 70-80-ə qədərinin tavanı çox alçaqdır.

Alimlərin fikrinə görə, sakinlər cırtdan olduqları üçün evləri belə kiçik formada inşa ediblər. Yollar olmadığı üçün və nəqliyyat heyvanlarının çox az olması səbəbindən insanlar evləri inşa etmək üçün lazım olan tikinti materiallarını kilometrlərlə  uzaq məsafədən çiyinlərində daşıyıblar.

Kiçik evləri inşa etmək üçün daha az inşaat materialı lazım olur, eyni zamanda bu evləri isitmək və sərinləndirmək də asan olur.

FOTO QALEREYA

DİGƏR XƏBƏRLƏR