15 dekabr 2017 22:30
761

Danimarkada yanvarın 1-dən marixuana leqallaşdırılır

Danimarkada 1 yanvar 2018-ci ildən həkimlər tibbi məqsədlərlə xəstələr üçün marixuna və həşiş maddələrini reseptə yazmaq imkanı əldə edəcək.

Trend-in məlumatına görə, Danimarka Səhiyyə nazirliyi tibbi marixuananın leqallaşması üzrə eksperimental proqramı təsdiqləyib.

Proqram 4 il müddətinə nəzərdə tutulub, müddət başa çatdıqdan sonra bu proqramın uzadılması barədə qərar qəbul edilə bilər.