22 noyabr 2017 00:23
453

Zimbabve prezidenti Robert Muqabe istefa verib

Zimbabve prezidenti Robert Muqabe istefa verib. Reuters agentliyinin yaydığı məlumata görə, bunu ölkə parlamentinin spikeri bildirib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Zimbabve parlamenti hakim ZANU PF partiyasının müraciətinə əsasən Robert Muqabenin impiçmenti barədə qərar qəbul edib. Hakim partiyadakı mənbənin məlumatına əsasən, səlahiyyətlərini yerə qoymaq üçün Muqabeyə bir sutka vaxt verilib və o, vaxtın bitməsini gözləməyərək istefaya gedib.

Xatırladaq ki, noyabrın 15-də hərbçilər ölkənin paytaxtı Hararedə prezidentin iqamətgahını nəzarətə götürmüşdülər. Şəhərin mərkəzinə zirehli texnika yeridilmişdi. Muqabe CAR-dan olan həmkarı Ceykob Zumo ilə telefon danışığında hərbçilərin onu ev dustaqlığında saxladığını bildirmişdi.