22 sentyabr 2017 23:47
822

ABŞ-da rəzalət: müəllimə 4 tələbəsi ilə cinsi əlaqəyə girib

ABŞ-da növbəti müəllimə-tələbə münasibətinə aid qalmaqal baş verib.

"Ölkə.Az" xəbər verir ki, Arkanzas ştatının "Marked Tree" liseyində dərs deyən 25 yaşlı müəllimə Cessi Loren məhkəmə qarşısında cavab verir. Buna səbəb isə müəllimənin 2016-cı ilin əvvəlində 4 şagirdi ilə cinsi əlaqəyə girməsidir. 4 fərqli tələbəsi ilə yatağa girən müəllimə şagirdlərdən yalnız birinin yaşı 18-dən az olduğu üçün bir ittihamla üz-üzə qalıb.

Ailəli olan Cessi şagirdlərdən birini evinə aparıb sonra yenidən məktəbə qaytarıb. Eyni gündə isə evində başqa bir şagirdi ilə sekslə məşğul olub. Başqa bir tələbəyə isə alt paltarlı fotosunu göndərib.

Şagirdlər müəllimə ilə yatdıqlarına görə öyünüblər və vəziyyətdən xəbər tutan valideynlərdən biri polisə şikayət edib. Şikayətdən sonra istintaq başlayıb. Məktəbin müdiri də vəziyyəti qəbul edib və təsdiqləyib.

Hazırda Cessi saxlanılıb və istintaq aparılır.