Menu
  • 21-09-2017
      • Bakı 30+35

  • 21-09-2017
    • $ 1.7007
      2.0209

1   2   3   4   5   6

DÜNYA

Venesuela dollardan imtina edir

14-09-2017 [ 16:16 ] [ oxunub:8 ]
A+ | A-

Venesuela satdığı neft və neft məhsullarının dəyərinin ödənilməsində ABŞ dollarından imtina etmək qərarına gəlib.

AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, ABŞ-ın Venesuela iqtisadiyyatına təsirini azaltmaq üçün hakimiyyət neftlə ticarət zamanı ABŞ dolları ilə hesablaşmaları dayandırmağa göstəriş verib. Hazırda bütün köçürmələr avro ilə həyata keçirilir.

"The Wall Street Journal"ın məlumatına görə, bundan sonra Venesuela neft bazarında ABŞ dolları ilə hesablaşmalar aparmayacaq. Bununla yanaşı, qeyd edilir ki, ABŞ dollarının qadağan olunması barədə rəsmi göstəriş verilməyib, artıq neft ticarətçiləri avroya keçiblər.

Ekspertlər bildirirlər ki, Venesuela bu üsulla Amerika sanksiyalarının ölkə iqtisadiyyatına təsirindən maksimum yaxa qurtarmaq istəyir.

DİGƏR XƏBƏRLƏR