22 iyun 2017 21:12
207

Nigeriyada qəbilə davasında ölənlərin sayı 100-ü ötüb

Nigeriyada iki qəbilə arasında baş verən davada 100-dən çox insanın həlak olduğu iddia edilir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, yerli Daily Trust qəzetinin yaydığı məlumata görə, dava Taraba əyalətində Fulaniler ilə Mambilla qəbilələri arasında “heyvan oğurluğu və örüş problemi” səbəbindən düşüb. Bölgədə yerləşən 180-dən çox Fulani kəndinin hücuma məruz qaldığı, nəticədə bir çox ailənin evini tərk etməyə məcbur olduğu bildirilir.

Hücum zamanı maldarlıqla dolanan Fulanilərə məxsus 4 mindən çox iribuynuzlu heyvan oğurlanıb. Toqquşmalar hələ də davam edir.

Əyalət polisi hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.