14 sentyabr 2017 19:29
197

Tramp: Bu divarın tikintisi davam edəcək

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisinin artıq başladığını və işlərin davam etdiriləcəyini deyib.

Trend-in məlumatına görə, D.Tramp sərhədin təhlükəsizliyinin artırılmasının vacibliyini bir daha vurğulayıb.

Qeyd edək ki, D.Tramp prezident seçilməzdən əvvəl Meksikadan qanunsuz miqrantların ABŞ-a gəlməsinin qarşısının alınması üçün sərhəddə divar tikiləcəyini bəyan etmişdi.