16 fevral 2018 23:38
1506

Münhen Təhlükəsizlik Konfransı işə başlayıb

Bir qədər əvvəl Bavariyanın paytaxtında Təhlükəsizlik üzrə növbəti, 54-cü Münhen konfransı işə başlayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu il forumda 500-dən çox qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı, 80-ə yaxın xarici işlər və müdafiə nazirləri iştirak edir. Lakin Almaniyanın hazırkı kansleri Angela Merkel yeni hökumətin qurulması barədə danışıqlar apardığı üçün konfransa qatılmayıb.

BMT-nin Baş katibi Antoniu Quterriş, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa diplomatiyasının bacısı Federika Moqerini, NATO-nun baş katibi Yens Stoltenberq, Britaniyanın Baş naziri Tereza Mey, Avstriya kansleri Sebastyan Kurts, İsrail hökumətinin başçısı Binyamin Netanyahu, Ukrayna Prezidenti Petr Poroşenko Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəklərini təsdiqləyiblər.

Azərbaycanı konfransda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Münhen konfransının əsası NATO-ya üzv dövlətlərin “müdafiə qurumları nümayəndələrinin iclası” kimi 1963-cü ildə qoyulub və bu ənənə 30 il davam edib. 1990-cı illərdən başlayaraq, bu beynəlxalq forumda dünyanın 40-dan çox ölkəsindən hərbçilərlə yanaşı, siyasətçilər, diplomatlar, biznesmenlər, elm adamları və ictimai xadimlər iştirak edirlər.