22 may 2017 20:44
392

Gürcüstan, Türkiyə və Azərbaycan birgə təlimlər keçirəcək

"Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır".

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu planları müzakirə etmək üçün mayın 23-ü Türkiyənin müdafiə naziri Fikri İşığın da qatılacağı üçtərəfli görüş keçiriləcək.

L.İzoria qeyd edib ki, 4-14 iyun tarixlərində Türkiyədə hər üç ölkənin xüsusi əməliyyat qüvvələrinin iştirak edəcəyi "Caucasus Eagle" təlimləri keçiriləcək.