03 iyul 2017 17:14
280

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

Yeni tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birinci kursunda təhsil alan magistrlər Litvanın Mikolos Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında iştirak edə biləcəklər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqramda təhsil alan və təhsilini uğurla bitirən magistrlər həm İqtisad Universitetinin, həm də MRU-nun diplomunu əldə edəcəklər.

Proqrama UNEC-in maliyyə bazarları, maliyyə menecmenti və maliyyə nəzarəti və audit ixtisası üzrə təhsil alan birinci kurs tələbələri müraciət edə bilərlər. Qəbulun şərtlərinə görə, bakalavr dərəcəsi üzrə akademik göstərici 80-dən yuxarı, ingilis dili isə ən azı B2 səviyyəsində olmalıdır.