03 iyul 2017 17:32
414

Əsgər valideynlərinə müraciət!

Azərbaycan Müdafiə Nazirliyi əsgər valideynlərinə müraciət ünvanlayıb.

“İki sahil” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə qeyd edilir:

Hörmətli vətəndaşlar!

Hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!

Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!

Məhərrəm Ağalaroğlu