14 iyul 2017 19:38
283

AKP: Azərbaycan Prezidentinə və xalqına dəstəyə görə minnətdarıq

Azərbaycan dəfələrlə Türkiyə ilə qardaş ölkə olduğunu təsdiq edib.

Bunu Trend-ə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və mətbuat katibi Mahir Ünal deyib.

Onun sözlərinə görə, Türkiyədə çevriliş cəhdinin baş verdiyi gün Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə mövqeyini ifadə etdi və Türkiyə hökumətini və xalqını dəstəklədi: "Biz Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına dəstəyə görə minnətdarıq”.