14 iyul 2017 20:58
297

İraq təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan və İraq təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində yaxşı münasibətlərə malikdir.

Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli mətbuat konfransında deyib.

Diplomat qeyd edib ki, ölkələr bu sahədə münasibətləri daha da genişləndirmək niyyətindədirlər.

O bildirib ki, İraq Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqla mübarizədə göstərilən səyləri alqışlayır.