29 iyun 2018 00:12
1853

“Range Rover”dən altı təkərli yeni model

“Range Rover” şirkəti yeni altı təkərli model üzərində işləyir.

“Ölkə.Az” xəbər verir ki, müstəqil bir mühəndisin başladığı layihə 2019-cu ilin sonunda başa çatacaq. 

Son illərdə “Mercedes” şirkəti 6x6 layihəsinə başlamışdı. Artıq “Range Rover” də bu layihəyə start verib.

“Range Rover”in yeni modeli “SLT” adlandırılacaq. Model “T.Fotiadis Design” imzası ilə istehsal ediləcək. Avtomobilin texniki detalları barədə heç bir məlumat verilməyib.

Ehtimal edilir ki, avtomobilin çəkisi 3.5 ton olacaq.