30 iyun 2018 01:18
2310

Osmanlı sultanının nəvəsi teatr ustasını məhkəməyə verdi

Osmanlı sultanı Abdulhəmidxanın nəvəsi Nilhan Osmanoğlu məşhur teatr aktyoru Müjdat Gəzəni məhkəməyə verib.

“Ölkə.Az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, N. Osmanoğlu Gəzənin onu təhqir etdiyini iddia edib. 

Xatırladaq ki, ötən il fevral ayında bir TV proqramına qatılan Gəzən Nilhan Osmanoğlu ilə bağlı bəzi ifadələr işlədib. Osmanlıların nəvəsi isə bunu şəxsinə qarşı təhqir edib. Gəzən işlətdiyi ifadələrdə təhqir olmadığını deyərək özünü müdafiə edib.

Faktla bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən araşdırma aparılır.

Prokurorluq tərəfləri barışığa dəvət etsə də, Osmanoğlu Gəzəni əfv etməyib.

Bu səbəbdən aktyor barəsində cinayət işi açılıb. Onun 2,5 ilə qədər həbsi istənilir.