03 iyul 2018 21:51
2091

Tunisdə ilk qadın mer seçildi

Tunisin paytaxtı Tunis şəhərinin meri tarixdə ilk dəfə qadın olub.

Trend-in məlumatına görə, iyulun 3-də keçirilmiş seçkilərdə Ən-Nəhda partiyasının namizədi Suad Əbdürrəhim öz rəqibini 4 səs üstələyərək qalib gəlib.

Onun partiyası da ölkə üzrə bələdiyyə seçkilərində 2135 məntəqədə üstün olub.

Bələdiyyə seçkiləri ölkədə “Ərəb baharı”ndan sonra ilk dəfə baş tutub.