22 noyabr 2018 00:10
2930

“Chrysler” 50 mindən çox avtomobili geri çağırır

ABŞ-ın tanınmış avtomobil brendi olan “Chrysler” Çin bazarından 50 mindən çox avtomobili güc-kontrol modulundakı qüsurlara görə geri çağırır.

AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan nəqliyyat vasitələri 2012-2018-ci illərdə Çinə ixrac edilən 52 min 980 ədəd “Grand Cherokee” və 947 ədəd “Grand Voyager” avtomobilləridir. Bundan başqa, 35 “Wrangler” modeli də geri çağırılacaq.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, qeyd olunan qüsurlar avtomobilin anidən sürətlənməsinə və nəticədə qəzaya səbəb ola bilər. Qüsurlu hissələr şirkətin Çindəki törəmə müəssisəsinin hesabına aradan qaldırılacaq.