22 noyabr 2018 15:02
4046

Həbləri əvəz edən quru meyvələr

Xəstəliyin simptomlarını hiss etdiyiniz zaman dərhal həb qəbul etməyə tələsməyin. Dərmanları quru meyvələrlə əvəz edərək bəzən həblərsiz də sağalmaq mümkün olur. Quru meyvələr immunitet sistemini gücləndirərək xəstəliyə qalib gəlməyə kömək edir.

Quru əncir. Quru öskürək çox vaxt soyuqdəymədən sonra meydana çıxır və sağalmağı çox çətin olur. Ekspertlər öskürəkdən xilas olmağın çarəsini quru əncir meyvəsində görürlər. Quru əncir taqətdən salan öskürəkdən xilas olmağa kömək edir, qanda dəmirin miqdarı artır. Həkimlərin sözlərinə görə, əncirdə olan dəmir almadan çoxdur.

Sidikqovucu xassəyə malik olan əncir böyrəklərə müsbət təsir edir. Əncirin tərkibində olan kalsium, fosfor, yod, kalium, brom, manqan, kükürd, vitamin A,C,B1,B2 qida borusunun işinin yaxşılaşmasına kömək edir. Ürək-damar sisteminin işində də  əncir çox önəmlidir: venoz çatışmazlığında qanın laxtalanmasının səviyyəsini aşağı salır, hipertoniyanın inkişafını ləngidir və tez-tez döyünən ürək döyüntülərini sakitləşdirir.

Ərik qurusu. Ərik qurusu  da qan-damar sisteminə yaxşı təsir göstərir. Əriyin tərkibində olan maddələr qan damarlarını genişləndirir və təmizləyir. Ərik qurusunda olan maqnezium qan damarlarında olan spazmları aradan qaldırır. Yaxşı qan dövranı möcüzələr yaradır və bu da öz növbəsində bütün orqanizmin fəaliyyətini yaxşılaşdırır. Ürək və böyrək yaxşı çalışır, beyin yaxşı qidalanır, yaddaş güclənir və s. Aktyorlar, tələbələr hansılar ki, genişmiqyaslı məlumat yadda saxlamalıdırlar, onlar  hər gün təxminən 50 qram ərik qurusu yeməlidirlər.

Maqneziumun zəngin olması ilə ərik qurusu bahalı dərmanları əvəz etmək qabiliyyətinə malikdir. Xüsusilə  hamilə qadınlara yazılan dərmanları. Ərik qurusu dərmanlardan heç də geri qalmadan stresi aradan qaldırır və qanda hemoqlobinin səviyyəsini artırır.

Qurudulmuş üzüm, kişmiş.  Qurudulmuş üzüm zəngin tərkibə əsasən sinir sistemini sakitləşdirmək xassəsinə malikdir. Mütəxəssislər hesab edirlər ki,  sinir sisteminə müsbət təsir edən bu meyvə çəkidən əziyyət çəkən insanlar üçün bir az təhlükəlidir. Belə ki, kişmişin tərkibində şəkərin səviyyəsi yüksəkdir.  Lakin tərkibi çox zəngindir. Məsələn, orqanizmin cavanlığını uzunmüddətli edən  kalium maddəsi  toxumaların regenerasiyasını aktivləşdirir və ürək-damar sistemini gücləndirir. Qan azlığından əziyyət çəkən insanlar üçün də kişmiş yaxşı xilasedicidir.

Qurudulmuş qara gavalı. Bu meyvə liflər, təbii turşular və xeyirli mikroelementlər ilə zəngindir. Belə bir tərkib maddələr mübadiləsinin, bağırsaqların işini və qan təzyiqini normallaşdırmağa kömək edir. Bundan başqa qara gavalı ürək-damar xəstəliklərinin profilaktikası üçün əvəzolunmaz bir  vasitədir.

Qurudulmuş ananas. Təbii ki, təravətli, şirəli meyvə dadına görə daha gözəldir, lakin qurudulmuş ananas xeyirli tərkibini saxlayır və artıq çəkidən xilas olmağa kömək edir. Bundan başqa tərkibinin zənginliynə görə, cavanlığın uzunmüddətli olmasına kömək edir. Ananasın tərkibində olan nadir bromelayn maddəsi bütün bitki mənşəli fermentləri özündə birləşdirir. O həzm sistemini rahatlaşdırır və soyuqdəymə prosesi ilə də mübarizə aparır. 

Qurudulmuş albalı. Bu meyvə qurusu daha çox meqapolis sakinlərinə yaxşı təsir göstərir. Belə ki, qurudulmuş albalı orqanizmi kimyəvi maddələrdən yaxşı təmizləyir. Albalı zərərli kimyəvi maddələr toplusunu orqanizmdən təmizləyərək onların qana keçməsinin qarşısını alır. Bundan başqa, qurudulmuş albalı yaxşı antiseptik və bəlğəmgətirici vasitədir. Qıcolmadan əziyyət çəkən insanlar mütəmadi olaraq quru albalı yeməlidirlər.  Belə ki,  meyvənin tərkibi kalium, maqnezium, vitamin A,C,PP və təbii turşular kimi mikroelementlərlə zəngindir.

Könül Əliyeva “İki sahil”