17 fevral 2018 01:41
1842

"Mercedes-Maybach S-Class" yeniləndi

"Mercedes" şirkəti "Maybach S-Class" flaqman modelini restaylinq edib.

Yeni modelin premyerası Cenevrə avtomobil sərgisində baş tutacaq. Yeni model daha uzun və daha dəbdəbəlidir.

Yenilənmədən sonra radiator şəbəkəsi dəyişilib, təkər diski 20 düymlük olub, bamper yenilənib.

Flaqman modeli 254 mm daha uzundur və arxa oturacaqdakı sərnişinlər üçün daha geniş yer nəzərdə tutulub.

"Maybach S-Class" iki aqreqatla təklif ediləcək.  "S560"ın kapotu altında 4 litr həcmli, V8 tipli turbo gücləndiricili mühərrik 469 at gücü hasil edir. Yerindən 100 km/saat sürəti 4.9 saniyəyə əldə edir.

Tam ötürücülü "S560 4Matic" isə də eyni mühərriklə təchiz edilib.

 Arxa ötürücülü versiya isə 6 litr həcmli V12 mühərriki ilə təchiz edilib. Aqreqat 630 at gücü hasil edir. 100 km/saat sürəti 4.7 saniyəyə əldə edir.