Menu
  • 20-04-2018
      • Bakı +14+18

  • 20-04-2018
    • $ 1.7
      2.1043

1   2   3   4   5   6

MARAQLIDIR

50 ildən sonra dünya necə olacaq?

12-01-2018 [ 19:11 ] [ oxunub:632 ]
A+ | A-

Kella Nordstrem dünyada gələcəkdə biznes - reallıqlar haqqında xəbər verən yeganə insan kimi tanınır.  Belə ki, o,  yeni texnologiya , biznes - proseslər və idarəçilik sferasında nələrin baş verəcəyini 15 il bundan qabaq eynilə söyləmişdi. Bu yazıda biz ümumilikdə  insanların gələcəyi ilə əlaqəli texnologiya, cəmiyyətdə baş verəcək proseslər və .s kimi  tezisləri toplayaraq diqqətinizə çatdıracağıq.

Hökumət struktur kimi 50 ildən sonra mövcüd olmayacaq. Onu  son dərəcə inkişaf etmiş nəqliyyat infrastrukturu əvəz edəcək.  Deməli, 218 ölkənin yerinə dünya xəritəsində təxminən 600 şəhər qalacaq.

Texnologiya hiss edilmədən dəyişiləcək. Bizə elə gəlir ki, texnologiya sahəsində artıq hər şey baş verib, əslində isə texnologiyanın dəyişməsi bizim üçün hiss olunmaz baş verir. Məsələn, plastik kartların yerinə artıq kontaktsız ödəmə vasitələri gəlib. Onun iştirakçıları  olmaqlarına baxmayaraq insanlar bu dəyişikliyi hələ hiss etməyiblər.

Bütün sahələrin elektronlaşması baş verəcək. Nə elektronlaşa bilərsə həmin o sahələr elektronlaşacaq. İlk növbdə tibb və təhsil elektronlaşacaq, daha sonra təhlükəsizlik, hökumətin qorunması və insan həyatının digər sahələri elektronlaşmaya məruz qalacaq.

 Cəmiyyətin yeni reallığının əsasını “Facebook”, “Apple”, “Amazon”, “Netflix” və “Google” kimi korporasiyalar təşkil edir. Bunlar bazarın mütləq inhisarçılarına çevriləcək və dünyada onların xidmətlərindən istifadə etməyən  bir nəfər belə qalmayacaq. Bundan başqa pulu öz sahəsinin inhisarçısı olan kəs qazanacaq.

Rəqabətin yeni səviyyəsi hesab edilən fasiləsiz inkişaf və çoxalma gündən-günə insanların rəqabət qabiliyyətini aşağı salır. Digər tərəfdən isə informasiya inkişafı yarışmaçılara qarşı sahibkarların tələblərini qaldırır. Yarışanlar bu yeni tələblərə münasib olmaları üçün ciddi çalışmalıdırlar, çünki gələcəkdə sahibkarlar işçiləri seçərkən onların dil bilmək, savadlı olmaq kimi qabiliyyətlərinə görə deyil, təcrübə səviyyələrinə əsasən işə qəbul edəcəklər. Yeni təcrübələrin öhdəsindən yetərincə gələ bilməyənlər işsiz qalacaqlar.

Könül Əliyeva

 

 

 

DİGƏR XƏBƏRLƏR