16 dekabr 2017 01:10
977

NASA-dan tarixi kəşf

NASA "Google"un ixtirası olan süni intellektdən istifadə edərək yeni planet sistemi kəşf edib.

Günəş sisteminə çox bənzəyən sistem Dünyadan 2 min 545 işıq ili uzaqlıqda yerləşir. Kəşf edilən yeni sistemin 8 planeti var.

Xəbəri NASA və "Google" şirkəti mətbuat konfransında paylaşıb. Bildirilir ki, planetimizdən 2 min 545 işıq ili uzaqlıqda yeni sistem kəşf edilib.

Sistemin mərkəzindəki ulduz Günəşdən daha isti və böyükdür. "Kepler 90i" adı verilən sistemin ən kiçik planeti Yerdən böyük, səthində hərarət isə daha istidir.