19 sentyabr 2017 23:42
626

Alimlərdən gözlənilməz açıqlama

ABŞ tədqiqatçıları gözlənilməz açıqlama ilə çıxış ediblər.  Deməli, mütəxəssislər  apardıqları testlərin nəticəsinə əsasən belə bir nəticəyə gəliblər ki, soyuq yemək orqanizm üçün ciddi təhlükə yaradır.

Alimlər sübut ediblər ki, yeməyi soyuq şəkildə yeməyə vərdiş etmək  təkcə həzm sisteminə deyil, bütünlükdə orqanizmin fəaliyyətinə ciddi təsir edir. Bu, çox təhlükəli ola bilər. Bundan başqa, soyuq yemək dad baxımından heç də təamlı olmur, lakin bu heç də əsas problem deyil. Belə ki, soyuq yeməyin orqanizmə ziyanı daha ciddidir nəinki dad keyfiyyəti. Soyuq yemək iltihab prosesinin yaranmasına təkan ola bilər. Əvvəllər bu haqda heç bir şey məlum deyildi.

Əsas təhlükəli olan zülal tərkibli və ət yeməkləridir. Belə məhsullar insan sağlamlığına təhlükə yaradır. Bundan başqa, dietoloqlar  qeyd ediblər ki, bir gün sonraya qalmış yeməyi qəbul etməök olar, lakin həmin yeməyi qızdırmaq mütləqdir. Belə olduqda qızdırılmış yemək mədə üçün heç bir diskomfort yaratmır. Lakin soyuq yemək mədədə yaxşı həzm oluna bilmir və nəticədə orqanizmdə iltihablanma prosesi gedir. Bundan başqa, yeməyi soyuq şəkildə qəbul etmək piylənməyə, orqanizmdə maddələr mübadiləsinin pozulmasına və hətta şəkər xəstəliyi riskinin artmasına səbəb ola bilər.

Könül Əliyeva, “İki sahil"