15 sentyabr 2017 00:46
355

Uçan avtomobil təqdim edildi

Uçan "Aeromobil Flying Car Lands" modelinin dördüncü nəsli artıq sifariş qəbul etməyə hazırdır.

"Ölkə.Az" xəbər verir ki, Slovakiya şirkəti yeni modeli Frankfurt sərgisində təqdim edib.

4-cü versiya 1-ci versiyanın prototipinin tam yenilənmiş versiyasıdır. 1-ci versiya ilk dəfə 1990-cı ildə təqdim edilib.

Aeromobil pirotexniki təhlükəsizlik kəməri, ikipilləli təhlükəsizlik yastığı və qəza paraşütü ilə təchiz edilib.

Kapotun altında 2 litr həcmli, 4 silindrli, 100 at güclü mühərrik var.

Avtomobilin qiyməti 1.5 milyon dollardır və 2020-ci ildə sifarişçilərə təhvil veriləcək.