23 iyun 2017 01:06
583

Bəyaz gecələrin sirri çözüldü

Kanadalı alimlər bəyaz gecələrin sirrini çözüblər.

"Ölkə.Az" xəbər verir ki, alimlər bəyaz gecələrin növlərindən birini izah edə biliblər. Meteoroloji peyklərdən alınan məlumatları təhlil edən alimlər müəyyən ediblər ki, fenomenin səbəbi müəyyən yerlərdə birləşən atmosfer dalğaları səbəbindən yaranır. Bu isə Yerin hava örtüyündə yayılmış zəif işıq şüalarını gücləndirir və eyni zamanda günəş enerjisini udan atom oksigen tərəfindən şüalanan yaşıl işıqları da gücləndirir.