23 iyun 2017 00:57
600

Jaklin Kennedinin uşaqlığı keçən ev qiymətləndirildi

ABŞ-ın keçmiş birinci xanımlarından sayılan Jaklin Kennedinin uşaqlığının keçdiyi evə 49.5 milyon dollar qiymət qoyulub.

Merrivud mülkü Virciniya ştatı, Maklin qəsəbəsində yerləşir.

Anası "Standard Oil" şirkətinin varisinə ərə getdikdən sonra Jaklin bu evdə yaşayıb. Hazırda bu mülk Stiv Keys adlı iş adamına məxsusdur. 4 mərtəbəli evin ümumi sahəsi 7010 kvadrat metrdir. Evin 9 yataq otağı, 11 vanna otağı var. Həyətdə hovuz, tennis meydançası var. Qaraj 4 avtomobil üçün nəzərdə tutulub. Təhlükəsizlik xidməti və qulluqçular üçün otaq da var.