22 iyul 2017 00:02
397

Ana bətnində olan körpə iki fərqli dili ayırd edə bilir

Alimlər hamilə qadınların bətnindəki körpələrlə bağlı yeni kəşfə imza atıblar.

"Ölkə.Az" xəbər verir ki, ana bətnində olan körpələr iki fərqli dili ayırd edə bilirlər.

Kanzas universitetinin bir qrup araşdırmaçısı ana bətnində olan körpələrin xarici dünyada danışılan iki fərqli dili ayırd edə bildiklərini müəyyən edib. Ana bətnində olan körpələr üzərində aparılan sınaq vaxtı məlum olub ki, körpələr yapon və ingilis dillərinə fərqli reaksiya verirlər.

24 hamilə qadın üzərində aparılan təcrübədə körpələr fərqli dillərə fərqli qəlb döyüntüsü ilə cavab veriblər. İngilis dilində danışıq vaxtı körpələrin qəlbləri daha müntəzəm döyünüb. Yapon dilini eşidəndə isə qəlb döyüntülərində sürətlənmə qeydə alınıb.