16 noyabr 2017 21:28
908

“Harri Potter və fəlsəfə daşı” kitabı 140 min dollara satılıb

Londonda keçirilən hərracda yazıçı Coan Roulinqin “Harri Potter və fəlsəfə daşı” kitabının birinci nəşri 140 min dollara satılıb.

AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, “Forbes” jurnalının məlumatına görə, yazıçı ötən ay Avropanın ən yüksək qonorar alanlarından biri olub. Keçən il isə yazıçı təxminən 95 milyon dollar qazanıb.