Almaniyanın Rugen adasında Danimarka kralı Haralda məxsus xəzinə tapılıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mavi diş" ləqəbli kralın xəzinəsi ərazidə arxeoloji qazıntılar zamanı aşkar edilib.
Xəzinə külli miqdarda zinət aşyaları və təxminən 500-600 ədəd dəmir pul əskinasdan ibarətdir.
Qeyd edək ki, Danimarkaya xristianlığı 910-987-ci illərdə yaşayan kral Harald gətirib. Dişlərinin rənginə görə, o, daha çox "Mavi diş" ləqəbi ilə tanınıb.