25 sentyabr 2017 15:47
369

Lvovda balıqdan kütləvi zəhərlənmə baş verib

Ukraynanın Lvov şəhərində qurudulmuş skumbriya balığından kütləvi zəhərlənmə baş verib.

AZƏRTAC xəbər verir ki, Lvovun vağzal bazarından alınan qurudulmuş skumbriya balığından ən azı 54 nəfər zəhərlənib. Onlardan 48-i xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən 7 nəfəri uşaqdır.

Bağırsaq infeksiyasının konkret nədən baş verdiyi müəyyənləşdirilir. Məlumata görə, bu il Lvovda bağırsaq infeksiyasından bu cür kütləvi zəhərlənmə qeydə alınmayıb.